XƏBƏRLƏR

Tələbələr bədii qiraət yarışmasının seçim mərhələsində iştirak ediblər

01 noyabr, 2023

 Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universiteti (ADMİU)  100 illik yubileyi münasibəti ilə keçirilən “Söz duyğusu, sənət sevdası” devizi altında  ümumrespublika bədii  qiraət  müsabiqəsində ADU tərəfindən iştirak edən istedadlı tələbələrin bədii qiraət üzrə seçim mərhələsi keçirilib.

Qeyd edək ki, bu mərhələdə qalib olan tələbələr ADMİU-da keçiriləcək müsabiqədə iştirak edəcəklər.

Seçim  mərhələsində münsiflər heyətində ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov, adıçəkilən kafedranın müəllimləri-  f.f.d., baş müəllim Mehriban Mövlamova və  Zülfiyyə Nağıyeva olub.