XƏBƏRLƏR

Maarifləndirici görüş keçirilib

01 noyabr, 2023

  Oktyabrın 27-də Azərbaycan Dillər Universiteti (ADU) Əlavə təhsil, təcrübə və karyera şöbəsinin və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib.

Görüşdə ADU-nun rektor müşaviri Anar Osmanlı, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nəsir Xankişiyev, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin mütəxəssisi Leyla Abbasova və inspektoru Cəmilə Məmmədova, Hədəf Təlim və Karyera Mərkəzinin rəhbəri Mehdi Əliquliyev, Hədəf Xaricdə Təhsil və Olimpiada Mərkəzinin rəhbəri Yaşar Zeynalov, Hədəf Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayev iştirak ediblər.

Görüşdə 150-dən çox tələbə iştirak edib.

Görüşdə çıxışları zamanı Hədəf Təlim və Karyera Mərkəzinin mütəxəssisi Fərid Seyfullayev karyera planlaması, Hədəf Xaricdə Təhsil və Olimpiada Mərkəzinin rəhbəri Yaşar Zeynalov isə tələbələrin magistratura təhsili ala biləcəyi ölkələr, həmin ölkələrin mənfi və müsbət tərəfləri haqqında məlumat veriblər.