XƏBƏRLƏR

ADU-da XIX Asiya Oyunlarına həsr olunmuş tədbir keçirilib

31 oktyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Çində keçirilmiş XIX Asiya Oyunlarına həsr olunmuş tədbir keçirilib.

 Tədbirdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jihua Asiya Oyunlarının tarixindən, Çinin beynəlxalq idman yarışlarının təşkilinə verdiyi töhfələrdən, Xançjouda keçirilən XIX Asiya Oyunlarının mədəniyyət proqramlarından danışıb.

Tədbir çərçivəsində 2023-cü ilin bu mühüm idman hadisəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilmiş və Huçjou şəhərindəki Jinan məktəbinin şagirdlərinin konsert proqramının video təqdimatı həyata keçirilib.

 ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, Asiya Oyunları tarixində ən çox iştirakçı sonuncu - XIX oyunlarda  iştirak etmiş və oyunların proqramı çox sayda idman növləri, o cümlədən Asiya ölkələrinin milli idman növlərinin daxil edildiyi ən geniş siyahıya malik olub. XIX Asiya Oyunları çox böyük ərazidə, o cümlədən oyunlara ev sahibliyi edən Xançjou şəhəri ilə yanaşı, Ninbo, Vençjou, Şaoxin, Jinhua və ADU-nun tərəfdaşı olan Huçjou Universitetinin yerləşdiyi Huçjou şəhərlərində keçirilib.