XƏBƏRLƏR

ADU-nun tələbələri ilə CBC Sport kanalının aparıcısının onlayn görüşü keçirilib

31 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) jurnalistika şöbəsinin IV kurs tələbələri ilə CBC Sport kanalının aparıcısı, Fərid Axundovun idman jurnalistikası fənni çərçivəsində online görüşü keçirilib.  

   O, “Futbol xəbərləri. Televiziyada ekspertlə futbol şərhləri” mövzusunda tələbələrlə öz təcrübəsini bölüşüb. Həmçinin xəbərin düzgün yayılması, terminlərin doğru istifadə olunması geniş müzakirə olunub.

   Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb. Mövzu ilə bağlı Fərid Axundov tələbələrin suallarını cavablandırıb.

   Fənn müəllimi Günel İlqar maraqlı və əhatəli müzakirəyə görə qonağa təşəkkürünü bildirib.