XƏBƏRLƏR

“Halloween” bayramına həsr olunmuş tədbir keçirilib

30 oktyabr, 2023

Oktyabrın 30-da Azərbaycan Dillər Universiteti və ABŞ-nin Azərbaycandakı səfirliyinin Bakı Amerika Mərkəzində ADU-nun Regionşünaslıq kafedrası və Beynəlxalq münasibətlər fakültəsinin 460 A-B qruplarının təşkilatçılığı ilə “ABŞ-nin mədəniyyəti və incəsənəti” fənni çərçivəsində Amerikada “Halloween” bayramına həsr olunmuş tədbir keçirilib.

 Tədbirdə Regionşünaslıq kafedrasının müəllimi Sevinc Qurbanova, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin 460 A-B qruplarının tələbələri Qəmər Mahmudova və Rahilə Məmmədova, Fulbright ETA Kirsten Pickelsimer bayramın yaranması, adət-ənənələri və qeyd olunması haqqında çıxış ediblər.

 Tədbir zamanı müxtəlif oyun və quizlər,  master-klas və "ən yaxşı əl işi", "ən yaxşı kostyum" kimi konkurslar keçirilib, qaliblərə hədiyyələr verilib.