XƏBƏRLƏR

ADU-nun əməkdaşı III Beynəlxalq Altay Forumunda iştirak edib

30 oktyabr, 2023

  18-20 oktyabr tarixlərində Azərbaycan Dillər Universiteti Rusiyaşünaslıq mərkəzinin elmi işçisi Klimov Serqey Barnaulda Altay Dövlət Universitetində “Tarixdə və müasirlikdə slavyan və türk xalqlarının birliyi” adlı III Beynəlxalq Altay Forumunda iştirak edib.

Forum çərçivəsində Serqey Klimov Altay Dövlət Universitetinin rektoru Serqey Nikolayeviç Boçarovla, beynəlxalq fəaliyyətin inkişafı üzrə prorektoru Roman İliç Raykinlə, Altay və Beynəlxalq Elm və Təhsil Mərkəzinin və Türkşünaslıq “Böyük Altay” layihə qrupunun rəhbəri Serqey Petroviç Qruşin, Rus dilinin xarici dil kimi kafedrasının müdiri Dmitriyeva Lidiya Mixaylovna ilə, beynəlxalq fəaliyyət şöbəsinin müdiri Domuxovski Mixail Alekseeviç ilə görüşüb.

Həmçinin “Gənclərin elmi əməkdaşlığı. Böyük Altay bölgəsində ictimai proseslərin tarixi tədqiqatları” üzrə bölməsində iştirak edib.

Forumun məqsədi əlaqələri möhkəmləndirmək, o cümlədən türk sivilizasiyası tarixinin müasir tədqiqatları sahəsində beynəlxalq ictimaiyyətin müzakirəsini davam etdirməkdir. Forumun əsas mövzusu slavyan və türk xalqlarının tarixi-mədəni birliyi konsepsiyasının müzakirəsi olub. Forumda Rusiya, Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistandan 300-dən çox alim iştirak edib.