XƏBƏRLƏR

Fransız dili müəllimləri üçün ixtisasartırma təlimi keçirilib

30 oktyabr, 2023

Oktyabrın 27-də Azərbaycan Dillər Universiteti (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının professor əvəzi, filologiya üzrə fəlsəfə doktoru Ülfət İbrahim tərəfindən “Fransız dili dərslərinin təşkili və keçirilməsində rəqəmsal texnologiyaların tətbiqi” adlı ali və  orta təhsil fransız dili müəllimləri üçün ixtisasartırma təlimi keçirilib.

Təlimdə Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Qızlar Universiteti, Avrasiya Universiteti və Bakı Avropa liseyi, Elitar gimnaziya, Bakı Xoreoqrafiya Akademiyası, həmçinin Biləsuvar, Neftçala, İsmayıllı rayon təhsil müəssisələrinin müəllimləri iştirak ediblər.

Seminar ərzində müəllimlərə yeni rəqəmsal texnologiyalar vasitəsilə fransız dili dərslərini daha dinamik, maraqlı və interaktiv şəkildə  keçməyə imkan vermək üçün müxtəlif resurslar göstərilib. 

Təlim zamanı müəllimlər dərs prosesində müxtəlif proqramların istifadə üsulları ilə tanış olublar. Onların çoxsaylı sualları təlimçi tərəfindən cavablandırılıb.

 Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Bildirilib ki,  təlim ADU-nun  Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Azərbaycanda fransız dili müəllimlərinin assosasiyası (APFAZ) tərəfindən təşkil olunub.