XƏBƏRLƏR

27 oktyabr Dünya Erqoterapiya Günüdür

30 oktyabr, 2023

Erqoterapiyada başlıca məqsəd şəxsin tədricən daha keyfiyyətli, müstəqil yaşamasını və ya bacara bildiyi qədər müstəqil, yaxud yarımmüstəqil şəkildə həyata uyğunlaşmasını, cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Dünya Erqoterapiya Gününə həsr olunmuş simvolik dekadada Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələr xarici erqoterapevtin seminarına qatılacaq, əməkdaşlıq etdiyimiz reabilitasiya mərkəzində isə həmin mütəxəssisin praktik dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, Erqoterapiya fənni ölkəmizdə ilk dəfə olaraq ADU-nun Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələrinə Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova tərəfindən tədris edilir.

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi ilə ölkənin keyfiyyətli reabilitasiya xidmətləri təklif edən müəssisələri arasında əldə olunmuş razılığa əsasən Erqoterapiya fənninin praktik hissəsi xüsusi dəvətli yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilir.