XƏBƏRLƏR

Mediasiya Şurası tərəfindən ADU-nun tələbələri ilə görüş keçirilib

30 oktyabr, 2023

Azərbaycan Dillər Universiteti (ADU) ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 27 oktyabr tarixində Azərbaycan Dillər Universitetinin tələbləri ilə görüş keçirilib.

Öncə  ADU-nun Tələbələrlə iş, tədbirlərin təşkili şöbəsinin müdiri Səadət Qasımova ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Azərbaycan Dillər Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüşdə Mediasiya Şurasını Bakı 2 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Gülnar Qulizadə və Rəşad Əliyev tələblərlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıblar.

Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.