XƏBƏRLƏR

“Heydər Əliyev və din” adlı dəyirmi masa keçirilib

30 oktyabr, 2023

 27 oktyabr 2023-cü il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Regionşünaslıq kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və din” adlı dəyirmi masa keçirilib.

 Tədbiri Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva açılış nitqi ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xalqımızın dini tədbirlərində tez-tez xalqla bir araya gəldiyini və onlara dövlət-din münasibətlərinin incəliyi barəsində söhbətlər etdiyi ilə bağlı fikirlər söyləyib.

Azərbaycan İlahiyyat  İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Məmmədəli Babaşlı “Ümummilli lider və Azərbaycanda dövlət – din münasibətlərinin tənzimlənməsi prosesi” adlı məruzəsi ilə çıxış edib. Dosent Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də  yeni mərhələyə qədəm qoyduğunu, dini və milli dəyərlərin dirçəlişi prosesinin sürətləndiyini vurğulayıb, dini etiqad azadlığı haqqında  geniş məlumat verib.

 ADU-nun Regionşünaslıq kafedrasının müəllimi Fidan Ələsgərova “Heydər Əliyev və vicdan azadlığı siyasəti” adlı çıxışında Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil dövlətin ilk milli konstitusiyasında dini etiqad azadlığının tam şəkildə təmin edildiyi haqqında geniş məlumat verib. Heydər Əliyevin dövlət din siyasətinə olan münasibətinin bu gün də layiqli davamçısı, möhtərəm Prezidentimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirildiyini də xüsusi qeyd edib.

Tədbir müzkirələrlə davam edib.