XƏBƏRLƏR

ADU-da “Korpus dilçiliyi” mövzusunda seminar keçirilib

27 oktyabr, 2023

  23-25 oktyabr tarixlərində Azərbaycan Dillər Universitetində (ADU)  Pakistanın Kompüter və İnkişaf etməkdə olan  Milli Elmlər Universitetinin Humanitar Elmlər  fakültəsinin dekanı doktor Summaira Sarfaz tərəfindən  “Korpus dilçiliyi” (Corpus Lingusitics) mövzusunda seminar keçirilib.

Təşkil olunmuş seminarda Dilşünaslıq ixtisasının  tələbələri iştirak  ediblər.

Seminarda  korpus dilçiliyinin dilin əsas hissəsinin olduğunu vurğulanıb, dilçilik üzrə müxtəlif aspektdən  geniş çıxış edərək magistrantlara bəzi xüsusi dil proqramları göstərilib, həmçinin hesablama dilçiliyindən də danışılıb.

Seminarda eyni zamanda “Chatgpt”nin üstünlükləri və mənfi cəhətləri haqqında da tələbələri məlumatlandırılıb.

Seminardan razı qalan tələbələr belə seminarların keçirilməsinin onlar üçün uğurlu və faydalı olduğunu vurğulayıblar.