XƏBƏRLƏR

ADU- da poliqlot Aslan Məmmədzadənin təqdimatında təlim keçirilib

27 oktyabr, 2023

Oktyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) ADU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 9 dil bilən poliqlot Aslan Məmmədzadənin təqdimatında "Speak from day 1 texnikası" adlı təlim keçirilib. 

 Öncə ADU TGT sədri Nicat Əliyev təlimçini tələbələrə təqdim edib.

Təqdimatdan sonra təlimçi, poliqlot Aslan Məmmədzadə dil öyrənərkən qarşılaşdığımız çətinliklər nələrdir?,   bunun öhdəsindən necə asanlıqla gəlmək olar?, dil öyrənərkən nəyə üstünlük vermək və hansı texnikadan istifadə etmək lazımdır? sualları ətrafında çıxış edib.

Təlimin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.