Xəlifə-rektor olan məzunlarla tələbələr arasında görüş keçirilib
26 oktyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) ADU Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən "Bir Günlük Xəlifə" layihəsi ilə bağlı xəlifə-rektor olan məzunlarımızla tələbələr arasında görüş keçirilib.
Açlış nitqi ilə çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev layihə haqqında məlumat verib.
Məzunlarımız- layihə üzrə xəlifə- rektor olan Səddam Laçın, Nurlan Tağıyev və Məmməd Əhmədli çıxışlarında layihə ilə bağlı öz təəssüratlarını bölüşüb, təcrübələrindən danışıblar.
Görüş layihə ilə bağlı tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.



















