XƏBƏRLƏR

ADU-da professor Rəhman Bədəlovla növbəti görüş keçirilib

25 oktyabr, 2023

Oktyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU)  professor Rəhman Bədəlovla növbəti görüş keçirilib.

Görüşdə ADU-nun prorektoru, professor Novruz Məmmədov, Doktorantura şöbəsinin müdiri ped.f.d. Nərgiz Qarayeva, Magistratura şöbəsinin müdiri ped.f.d., dos. Firuzə Rzayeva, universitetin əməkdaşları, doktorant və magistrları iştirak ediblər.

Görüşdə professor Rəhman Bədəlov formal qiymətləndirmədən, dünya mədəniyyətindən, pessimist və optimist insani çıxışlardan, həyat seçimlərindən və onların insan yaşayışına təsiri mövzularında çıxış edib. 

Professor  həmçinin, doktorant və magistrlarla mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Sonda isə belə görüşlərin sisilə şəkildə davam edəcəyi bildirilib.