“BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Özünüidarəetmə Günü keçiriləcək
13 DEKABR 2023-cü il tarixində “Auditoriya+” proqramı çərçivəsində AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ “BİR GÜNLÜK XƏLİFƏ” Tələbə Özünüidarəetmə Günü keçiriləcək.
"Bir günlük xəlifə" tələbələrin universitetin rəhbər sturukturlarını bir gün ərzində idarə etməsini nəzərdə tutur. Həmin gün ərzində rəhbər vəzifələri icra edən tələbələrin qəbul etdikləri qərarlar tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin bir günlük maaşını alır. Vəzifələri tutan şəxslər həmin gündən Universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin hər bir tələbə, magistrant və doktorantı layihədə iştirak edə bilər. Aşağıda adları qeyd edilən vəzifələri tutacaq tələbələr öz tələbə yoldaşları tərəfindən universitetin Akt zalında təşkil olunan seçki prosesində açıq səsvermə yolu ilə seçilir.
Tələbələr aşağıdakı vəzifələri tutmaq üçün öz namizədliyini verə bilər:
1. Rektor
2. Elm və innovasiya məsələləri üzrə prorektor
3. Tədris məsələləri üzrə prorektor
4. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor
5. Beynəlxalq əlaqələr üzrə prorektor
6. Təhsil-1 fakültəsinin dekanı
7. Təhsil-2 fakültəsinin dekanı
8. Tərcümə fakültəsinin dekanı
9. Filologiya fakültəsinin dekanı
10. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı
11. Əlavə təhsil və təcrübə fakültəsinin dekanı
12. Magistratura şöbəsinin müdiri
13. Doktorantura şöbəsinin müdiri
14. Beynəlxalq Jurnalistika şöbəsi
15. Kitabxana şöbəsinin müdiri
16. Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri
17. Amerika mərkəzinin müdiri
18. Pakistan mərkəzinin müdiri
19. Türkiyə mərkəzinin müdiri
20. Rusiyaşünaslıq ETL müdiri
21. Skandinaviya mərkəzinin müdiri
22. Avstriya mərkəzinin müdiri
23. Serbiya Mərkəzinin müdiri
24. Macar Mərkəzinin müdiri
25. İsrail və Yaxın Şərq Mərkəzinin müdiri
26. Rumıniya mərkəzinin müdiri
27. Alman oxu zalının müdiri
28. Frankofoniya, fransız dili və mədəniyyəti mərkəzinin müdiri
29. Yaponiya araşdırmalar mərkəzinin müdiri
30. İndoneziya araşdırmalar mərkəzinin müdiri
31. Yunan araşdırmalar mərkəzinin müdiri
32. Hindi dili və mədəniyyəti mərkəzinin müdiri
33. Koreya mədəniyyət mərkəzinin müdiri
34. İtalyan dili mərkəzinin müdiri
35. İspan dili mərkəzinin müdiri
36. Konfutsi İnstitutunun müdiri
37. Multikulturalizm mərkəzinin müdiri
38. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
39. Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri
40. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Qeyd: Vəzifələrin tutulmasına namizdəliyini vermiş şəxslər dekanlıqdan xüsusi anket formasını götürərək tam doldurub Gənclər Təşkilatları ofisinə təqdim edir. Müraciətlərə əsasən namizədlər seçim turlarına dəvət olunurlar. Layihənin növbəti mərhələləri ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.
Bu proyektdə istənilən vəzifə üzrə əvvəl qalib olan şəxslər müsabiqəyə müraciət təqdim edə bilməzlər.
Müraciətlərin son qəbul tarixi: 14 noyabr 2023-cü il
Müraciətlərin qəbul ünvanı: Əsas bina, 4-cü mərtəbə THİK otağı - 424, İkinci tədris binası 5-ci mərtəbə TGT otağı - 500