XƏBƏRLƏR

ADU-nun Tələbə Elmi Cəmiyyətində görüş keçirilib

24 oktyabr, 2023

18 oktyabr, 2023-cü ildə ADU-da Tələbə Elmi Cəmiyyətinin (TEC) yeni sədri Qismət Rüstəmovun təşkilatçılığı ilə görüş keçirilmişdir.

Görüşdə TEC-in əməkdaşları Ələsgərova Aybəniz, Əliyeva Səidə, eləcə də fakültələr üzrə TEC-in sədrləri və sədr müavinləri iştirak etmişdir.

Görüşün məqsədi Tələbə Elmi Cəmiyyətinin fəaliyyət planı, yeni sosial media hesablarının yaradılması, tələbələrin akademik və yaradıcı fəaliyyətlə bağlı təklifləri, digər universitetlərin Tələbə Elmi Cəmiyyətləri ilə qarşılıqlı əlaqələrin qurulması, ortaq layihələrin perspektivləri müzakirə edilmişdir.

Xatırladaq ki, tələbələr tərəfindən TEC-in yeni sosial media hesabları artıq hazırdır. Aşağıdakı linklərə daxil olub abunə ola bilərsiniz: 
Facebook hesabı:           https://www.facebook.com/profile.php?id=61552579079150&mibextid=LQQJ4d 
İstagram hesabı:
https://instagram.com/adu.tec?igshid=MzRlODBiNWFlZA
Yutub hesabı:
https://youtube.com/@Adu-Tec?si=6A6IkGZwEpbWcOg7