XƏBƏRLƏR

"Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı" adlı tədbir keçirilib

20 oktyabr, 2023

  Oktyabrın 20-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi  və onun nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı, Azərbaycan ədəbiyyatı və Azərbaycan dilçiliyi kafedralarının birgə təşkilatçılığı ilə "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı" adlı tədbir keçirilib.

Tədbirdə açlış nitqi ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Aytən Hacıyeva çıxış edib.

Kitabın məsul redaktoru, Regionşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru  Aqil Şahmuradov, Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası  üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynova, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Elnarə Yəhyayeva və İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müəllimi və tərtibçilərdən biri olan Gülnar Nağıyeva çıxış ediblər.

Dosent Aqil Şahmuradov və müəllim Gülnar Nağıyeva kitabın ərsəyə gəlməsində görülən işlərdən və maraqlı faktlardan danışıblar,  layihənin rəhbəri olan rektor, akademik Kamal Abdullaya minnətdarlıqlarını bildiriblər.

Sonda Filologiya fakültəsinin dekanı professor Şahin Xəlilli, Qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev, Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva da  çıxış  ediblər.