Müəllim ömrü: Tahirə Gözəlova - 65
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Ümummilli Liderı
Tahirə Məmmədağa qızı Gözəlova 1975-ci ildə SSRİ-nin 50-illiyi adına APXDİ-nin (indiki ADU) Alman - ingilis dili müəllimliyi fakültəsini bitirmişdir. Təhsil aldığı müddətdə 1978-ci ildə təqaüd qazanaraq Almaniyanın Berlin şəhərində 1 aylıq dil kursu keçmişdir. 1994-cü ildə ADDİ-nin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasında baş laborant, elə həmin ildə (1994-cü il) müəllim kimi fəaliyyətə başlamış, 1999-cu ildən həmin kafedranın baş müəllimi vəzifəsinə seçilmişdir.
Tahirə Gözəlova 18.02.1998-ci il tarixində Almaniya Boxum Universiteti və Azərbaycan Dillər İnstitutu arasında Germanistika İnstitutunun əməkdaşlığı çərçivəsində keçirilən “Ölkəşünaslıq - konsepsiyalar və təkliflər” adlı seminarda, 19.01.2000-11.02.2000-ci il tarixlərində DAAD tərəfindən Bakı-Alman Mərkəzində təşkil olunmuş “İqtisadi dil” üzrə İxtisasartırma kursunda, 08.06.2010-07.07.2010-cu ildə ADU ilə Almaniya Federativ Respublikası Frayburq Pedaqoji İnstitutu arasında 30.11.2009-cu il tarixində imzalanmış memoranduma əsasən Frayburq Pedaqoji İnstitututunda təcrübə mübadiləsində, 21.06.2011-22.06.2011-ci il tarixlərində Gürcüstan Höte İnstitutunda “Ölkəşünaslıq didaktikası” adlı ixtisasartırma seminarında, 04.06.2012-08.06.2012-ci il tarixlərində “Mədəniyyətlərarası ünsiyyət, dünyada alman dilinin yeri və xarici dili mənimsəmək nəzəriyyəsi” adlı seminarda, 10.02.2013-11.02.2013-cü il tarixlərində Gürcüstan Höte İnstitutunda ““Em” dərsliyinin təqdimatı” adlı ixtisasartırma seminarında, 10.02.2014-11.02.2014-cü il tarixlərində DAAD tərəfindən ADU-da keçirilən “Xarici dil alman dili (DaF) dərslərində didaktika” adlı seminarda, 18.09.2017-22.09.2017-ci il tarixlərində Germanistika İnstitutu çərçivəsində “Təhsildə xarici dil – alman dili dərsi: dərslərə hazırlıq, dərslərin aparılması, xarici dillər” adlı seminarda, 01.02.2018-09.02.2018-ci il tarixlərində Oead-nin təşkil etdiyi “C1 imtahanına hazırlıq və test analizləri”, “Almaniya, Avstriya, İsveçrə (DACH) ölkəşünaslığı ilə bir-biri ilə daha çox ünsiyyətdə olmaq» adlı seminarlarda, 22.11.2019-24.09.2019-cu il tarixlərində Almaniyanın Bakıdakı səfirliyinin DAAD ilə birgə təşkil etdiyi “Divarın uçurulmasının 30-illiyi” adlı kursda, 6-8 may 1922-ci ildə “Germanistikanın yeni yolları, Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumda iştirak etmişdir.
Tahirə Gözəlova 19 məqalə və 14 tezis, 2 dərs vəsaiti, 2 proqram müəllifidir. Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi “Alman dili mədəniyyətlərarası kontekstdə” adlı dərs vəsaitinin müəllifidir.
20 oktyabr 2023-cü il tarixində hörmətli pedaqoq Tahirə Gözəlovanın 65 yaşı tamam olur. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Təhsil 1 fakültəsi nəzdində
Alman dilinin leksikologiyası və
üslubiyyatı kafedrası