XƏBƏRLƏR

ADU-nun tələbəsi təhsilini tam müvəfəqiyyətlə tamamlayaraq geri qayıdıb

20 oktyabr, 2023

   Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq (Ərəb ölkələri) fakültəsinin tələbəsi Varis Qaçayev Küveyt Dövlət Universitetində təhsilini tam müvəfəqiyyətlə tamamlayaraq geri qayıdıb.

Qeyd edək ki, o,  2022-2023 tədris ilində Küveyt Dövlət Universiteti tərəfindən təşkil olunmuş təqaüd proqramını qzanaraq təhsilini orda davam etdirib.

 Tələbə Varis Qaçayev təhsil aldığı müddət ərzində akademik dil bacarıqlarını təkmilləşdirməklə yanaşı, Azərbaycanın Küveytdəki səfirliyi və diasporun təşkil etdiyi tədbirlərdə həm aktiv iştirakçı, həm də təşkilatçı kimi fəaliyyət göstərib.

Bildirilib ki, ölkəmizi tanıtmaq məqsədi ilə 11 iyul tarixində Küveyt Dövlət Universitetində Azərbaycan stendi qurulub və bu stendlə ölkəmizin tarixi və mədəniyyəti, xalçaçılıq sənəti və turizm potensialı ilə bağlı qonaqlara məlumat verilibvə çap edilərək paylanılıb.

Bununla yanaşı tələbəmiz təhsil aldığı müddət ərzində universitetdə açıq dərslər təşkil edərək Azərbaycanla bağlı məlumatlat verib, həmçinin Küveyt xəbər portalında məqalələr dərc etdirib.

O,  “28 May – Azərbaycanın Müstəqillik Günü” və “Görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyev” sərlövhəli məqalələrin müəllifidir.