XƏBƏRLƏR

ADU-nun tələbə-müəllim heyəti kino festivalda iştirak edib

20 oktyabr, 2023

   Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının ispan dili müəllimi Gülnarə Əfəndiyeva 1, 2 və 3 cü kurs tələbələri ilə birgə Argentina səfirliyinin təşkil etdiyi kino festivalda iştirak edib.

Bildirilib ki, nümayiş olunan sənədli film tələbələrin marağına səbəb olub.

Burada həmçinin, ispandilli səfirliklərin (Aregentina, Venezuela, Meksika) nümayəndələri arasında ölkələrin mədəniyyətləri haqqında fikir mübadiləsi aparılıb.

 Qeyd edilib ki, tələbələr hər şənbə günü Meksika səfirliyinin Dəmirçi Tower də təşkil olunan "Club de Conversacion" da iştirak edirlər.