XƏBƏRLƏR

Azərbaycan Dillər Universitetində Çin bayramı “Çunyan” qeyd olunub

20 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi “Çunyan – əkiz doqquzlar” bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün doqquzuncu ayın doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı yaranan bayram haqqında əfsanəni danışıb.

R.Abbasov həmçinin bayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı “yan” haqqında danışıb. O, bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları haqqında məlumat verib.

O bildirib ki, bayramda əcdadların xatirəsi ehtiramla yad edilir və bayramın rəmzi olan beşqatlı kökə – “çunyan gao” hazırlanır. Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin və Van Veyin bayrama həsr olunmuş şeirləri səsləndirilib. Daha sonra Çin fleytasında Orta əsrlər dövrünün məşhur şairi Tau Yuanminin bayramın simvollarından sayılan çiçəklənən xrizantemaları tərənnüm edən ənənəvi melodiyalarıhulusilər səsləndirilib.