XƏBƏRLƏR

Fakültə dekanının 1-ci kurs tələbələri ilə görüşü keçirilib

20 oktyabr, 2023

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetinin(ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin fakültə dekanı və əməkdaşları 1-ci kursda təhsil alan tələbələrlə görüşüblər.

 

Görüş Müstəqillik gününə təsadüf etdiyi üçün ilk olaraq, dövlət himni səsləndirilib.

Fakültə dekanı, professor İbrahim Kazımbəyli tələbə adını qazanmış tələbələri təbrik edib, onlara ali təhsil pilləsində ilk addımlarını bu təhsil ocağına atdıqlarına görə təşəkkürünü bildirib.

 

Fakültə dekanı universitet haqqında ümumi məlumat verib. O, universitetimizdəki mövcud təhsil və tədris sistemi, onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında, həmçinin, mərkəz müdirləri, kafedra müdirləri və digər struktur nümayəndələrinin fəaliyyətləri barədə məlumat verib.

 

 İclasda universitetimizin fəal tələbələri də I kurs tələbələrinə TEC, TGT, THT və digər ictimai qurumlar haqqında məlumat verib, tələbələri maraqlandıran suallar ətraflı cavablandırıblar.

 

İclasın sonunda fakültə dekanı tələbələrə nizam-intizamlı olmalarını, davamiyyətə ciddi əməl etmələrini və universitetin mədəni-ictimai işlərində fəal iştirak etmələrini tövsiyə edib.