XƏBƏRLƏR

ADU-nun tələbələri 9-cu ümumrespublika bilik yarışında iştirak ediblər

19 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin  (ADU) tələbələri Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışında iştirak ediblər.

Onlar 50 universitet tələbələri arasında fərqlənərək 7-ci yerə layiq görülüblər.

Qeyd edək ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədi daşıyır.