XƏBƏRLƏR

ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində tələbələrlə görüş

18 oktyabr, 2023

Ənənəvi olaraq ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi hər smesterin birinci ayında  fakültələr üzrə birinci kurs tələbələri ilə davamlı görüşlər keçirir Bu il də 17 oktyabrda Təhsil 2 fakultəsinin 1-ci kurs tələbələri ilə Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin görüşü keçirildi. Elmi Kitabxananın direktoru C.Əliyeva çıxış edərək tələbələrə universitet həyatında kitabxananın rolu,  oxucu hüquqları, kitabxananın tələbə kollektivi ilə birgə fəaliyyəti və.s. qaydaları  haqqında məlumat verdi. Şöbə müdirləri N.Qafarova, S.Həsənova ənənəvi və elektron kitabxanadan istifadə üsullarını xüsusi təqdilmatla göstərdilər. Görüş müzakirələrlə bitdi.