XƏBƏRLƏR

“Rusiya Federasiyasının təhsil və ixtisasartırma üzrə kvota proqramı” mövzusunda məlumat sessiyası keçirilib

17 oktyabr, 2023

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzində universitetin Tədris məsələləri üzrə prorektorluğunun təşəbbüsü ilə “Rusiya Federasiyasının təhsil və ixtisasartırma üzrə kvota proqramı” mövzusunda aidiyyatı kafedralar üzrə məlumat sessiyası keçirilib.

 Sessiyada ADU-nun professor-müəllim heyəti iştirak edib.

 Məlumat sessiyası Rus Evinin baş mütəxəssisi Kristina Ostrouxova tərəfindən aparılıb.