XƏBƏRLƏR

“ADU tələbələrinin əmək bazarına inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib

17 oktyabr, 2023

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin, Əlavə təhsil,təcrübə və karyera şöbəsinin birgə təşkil etdiyi  “ADU tələbələrinin əmək bazarına  inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa ətrafında universitetin BM və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Əlavə təhsil,təcrübə və karyera şöbəsinin müdiri dosent Nəsir Xankişiyev, BM və regionşünaslıq fakültəsinin dekan müavini dosent Asif Abbasov, Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva,  Qafqazşünaslıq kafedrasının müdiri Xatirə Əliyeva, Fəsəfə və ictimai elmlər kafedrasının müdiri Ədilə Abdiyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyev, Avrasiya Tərcümə Mərkəzinin direktoru Nərminə Hüseynova, Avrasiya Tərcümə Mərkəzinin Caspian filialının tərcümə şöbəsinin baş meneceri Aysel Daşdəmirova, Avrasiya Tərcümə Mərkəzinin təcrübəçilər ilə iş üzrə koordinator Şəms Allahverdiyeva, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin mütəxəssisi Leyla Abbasova, Əlavə təhsil, təcrübə və karyera şöbəsinin inspektoru Cəmilə Məmmədova çıxış edərək rəy bildirib, təkliflərini söyləyiblər.

Burada həmçinin məzunların əmək bazarına inteqrasiyası prosesi müzakirə edilib. Tələbələrlə, mütəmadi olaraq təşkilatlarla birlikdə maarifləndirici tədbirlər keçirilməsi planlaşdırılıb.

Bildirilib ki, qonaq qismində Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avrasiya tərcümə Mərkəzinin əməkdaşları iştirak ediblər.