XƏBƏRLƏR

ЭБ БиблиоРоссика, www.bibliorossica.com kolleksiyasının istifadəsi sərbəstdir

17 oktyabr, 2023

Elektron Kitabxana “БиблиоРоссика” tədqiqatçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuş müasir elektron kitabxana sistemidir. O, humanitar, texniki və təbiət elmləri üzrə aktual elmi və tədris ədəbiyyatının kolleksiyalarını bir aylıq 09.10.2023- dən 09.11.2023-tarixinədək ödənişsiz təqdim edir. (ЭБ БиблиоРоссика, https://www.bibliorossica.com/)

БиблиоРоссика kataloqu daim yenilənir və hazırda 20 000 artıq  tədris ədəbiyyatı, Rusiyanın aparıcı elmi nəşriyyatlarının ədəbiyyatı, inkişaf psixologiyası, nanotexnologiya, bioekologiya, incəsənət və mədəniyyət sahəsində idarəetmə, patopsixologiya, pedaqogika, memarlıq və şəhərçilik və digər fənlər daxildir.

БиблиоРоссика bütün oxucuların marağına səbəb olacaq: kataloqda elmi və tədris ədəbiyyatından əlavə, siz elmi-populyar, bədii və qeyri-bədii ədəbiyyat tapa bilərsiniz.

БиблиоРоссика həm kitabxanalara, həm universitetlərə, həm də fərdi istifadəçilərə açıq giriş təmin edir.

https://www.bibliorossica.com/