XƏBƏRLƏR

ADU-nun professoru Mərakeşdə işgüzar səfərdə olub

16 oktyabr, 2023

11-12 oktyabr tarixlərində Azərbaycan Dillər Universitetinin (ADU)  rektorunun Multikulturalizm məsələləri üzrə müşaviri, professoru  Qaley Allahverdiyev Mərakeş krallığında işgüzar səfərdə olub.

Səfər zamanı o, Mərakeş krallığının paytaxtı Rabat şəhərində keçirilən İslam alimlərinin "Əl-Fərabi və onun insanlıq tarixinə verdiyi töhfələr" adlı I Beynəlxalq konfransda "Fərabi irsi və Azərbaycan" adlı mövzuda çıxış edib.

 Professor Qaley Allahverdiyev səfər çərçivəsində, həmçinin V Məhəmməd adına Rabat Universitetinin Elmi tədqiqatlar və əməkdaşlıq məsələləri üzrə prorektoru İsmail Kassau ilə görüşüb. Görüşdə universitetin nəzdində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı məsələlər müzakizə edilib.