XƏBƏRLƏR

ADU- da müştərək dərs təşkil olunub

13 oktyabr, 2023

Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində Pedaqogika kafedrasının müdiri dos. Nigar Zeynalova və disleksiya mütəxəssisi Ülviyyə Qasımovanın müştərək dərsi təşkil olunub.

Dərsdə "Disleksiyanın fərqindəyik" mövzusu istiqamətində geniş müzakirə aparılıb, inklüziv təhsil sahəsində görülmüş işlər, perspektivlər barəsində ətraflı məlumat verilib.

Bildirilib ki, qonaq Ü. Qasımova "Disleksiya dərəcə çalışmaları" kitabının müəllifi və praktik fəaliyyət göstərən təlimçidir. O, ADU ilə sıx əməkdaşlıq edir, universitetdə disleksiya ilə bağlı seminarların təşkil olunmasında öz dəstəyini göstərir.

Qeyd edək ki, korreksiyaedici təlim ixtisası üzrə müştərək dərslərin keçirilməsi artıq ənənəyə çevrilib. Dərslərin əsas müəllim və qonaq qismində dəvət olunmuş mütəxəssislərlə birlikdə tədrisi həm tələbələrin öyrənmə tələbatını qarşılayır, həm də onları praktik fəaliyyətə hazırlayır, əmək bazarında keyfiyyətli rəqabət aparmağa zəmin yaradır.