XƏBƏRLƏR

ADU -da Ümummilli liderə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

12 oktyabr, 2023

  Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 2 fakültəsi nəzdində Psixologiya kafedrası tərəfindən  “Heydər Əliyev ili” çərçivəsində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” adlı rəsm müsabiqəsi keçirilib.

Rəsm müsabiqəsində Təhsil 2 fakültəsinin dekanı dos. Salman Nuriyev, kafedra müdiri dos. Şəlalə Babayeva, Psixologiya kafedrasının əməkdaşları və tələbələr iştirak ediblər.

 Rəsm əsərləri tələbələrin öz duyğu və düşüncələri ilə işlənib, orijinal ideyası, ustalığı ilə seçilib.

Bildirilib ki, müsabiqəyə təqdim olunan rəsm əsərləri fakültə dekanı və kafedra əməkdaşları tərəfindən dəyərləndirilərək, 1-ci yerin qalibi müəyyənləşdirilib.

Rəsm müsabiqəsində 1-ci yerin qalibi kafedra tərəfindən hədiyyə ilə mükafatlandırılıb. iştirak edən digər tələbələrə isə sertifikatlar təqdim olunub.