XƏBƏRLƏR

Strateji İnkişaf Planı üzrə müzakirələr keçirib

09 oktyabr, 2023

09.10.2023-cü il tarixində Tədris məsələləri üzrə prorektor Sevinc Zeynalova ADU-nun “2021-2026-cı il illər üzrə Strateji İnkişaf Planı”nın icrası ilə əlaqədar 1-ci və 2-ci hədəfləri üzrə fəaliyyət istiqamətindən irəli gələn müvafiq tədbirlərin aidiyyatı struktur bölmələri ilə müzakirələr keçirmişdir. Qoyulan indikatorlarla bağlı hesabatların hazırlanması haqqında məlumat verilmişdir.

Görüşdə SİP-in həyata keçirilməsi üçün müvafiq sahələr üzrə mövcud vəziyyətin təhlili, atılacaq addımların planlaşdırılması və bu kimi mövzular haqqında müzakirələr aparılmışdır.