XƏBƏRLƏR

Professor Adil Babayevdən nəcib təşəbbüs

11 oktyabr, 2023

Filologiya elmləri dok.professor Adil Babayev şəxsi (ev) kitabxanasından  ADU Elmi Kitabxana  və İnformasiya Xidməti Mərkəzi fonduna 800 sayda kitab hədiyyə edib.

Qeyd edilib ki, kitab bağışlamaq təşəbbüsü bütün dünyada dəstək qazanıb və bu da kitab bağışlayan, kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə yola düşür və insanlarda kitaba, mütaliəyə məhəbbət yaradır.
  Hədiyyə olunan kitabların kitabxanaya qəbulu universitetin təhsil, təlim, tədqiqat ehtiyacları və mövcud kolleksiyanın zənginləşməsinə köməkdir.

Həmişə olduğu kimi  bu hədiyyə kolleksiyası da Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi fonduna daxil olacaq bütün resurslar universitetin ümumi təhsil və təlim məqsədlərinə və müəyyən edilmiş məqsədlərinə aydın şəkildə uyğun gəlmək şərti ilə aşağıdakı meyarlara uyğundur:

a) fənn və dil baxımından universitetin proqramlarına uyğunluğu,

b) kolleksiyada həmin sahədə kitab və qeyri-kitab resursları ilə uyğunluq,

c) müəllifin və ya redaktorun əhəmiyyəti və statusu,

d) resursun dəyəri,

d) biblioqrafiyalarda istifadə olunur,

e) nəşriyyatın etibarlılığı və standartları;

f) fiziki formanın uyğunluğu.