XƏBƏRLƏR

ARB 24-ün aparıcısı ADU-nun qonağı olub

11 oktyabr, 2023

Oktyabrın 10-da Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı, Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Ceyhun Mustafayevin təşəbbüsü ilə ARB 24-ün aparıcısı Jalə Həsənlinin jurnalistika ixtisası üzrə təhsil alan I və III kurs tələbələri ilə görüşü keçirilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq jurnalistika şöbəsinin müdiri, baş müəllim  Nərgiz Çərkəzqızı qonağı tələbələrə təqdim edib.  

Tanınmış teleaparıcı Jalə Həsənli öncə “Jurnalistin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" mövzusunda tələbələri məlumatlandırıb. Daha sonra isə o, jurnalistika sahəsində keçdiyi həyat yolundan, nəzəri və praktik təcrübələrindən, Füzuli və Cəbrayılın azad olunduğu xəbərini göz yaşları ilə çatdırdığı andan, keçirdiyi hislərdən danışıb.

   Qonaq tələbələrin televiziya jurnalistikası ilə, eləcə də mətbuatın müxtəlif problemləri ilə bağlı suallarını cavablandırıb.