XƏBƏRLƏR

Polşada bir aylıq təqaüd proqramı imkanı

11 oktyabr, 2023

A month in Poland (Polşada bir ay)

Mioreşevski Mərkəzi Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Rusiyadan olan şəxslər üçün Polşada bir ay davam edəcək elmi tədqiqat layihələri üçün təqaüd proqramı elan edir.

Bu təqaüd onu qazananlara Mərkəzi və Şərqi Avropa xalqlarının tarixi, siyasi vəziyyəti, mədəniyyəti və irsi ilə bağlı müsahibələr, sorğular, arxiv və kitabxana axtarışları kimi qısa elmi araşdırmalar aparmağa imkan verəcək.

Müraciətlər vəsait tükənənə qədər ardıcıl olaraq qəbul ediləcək.

Təqaüdün müddəti: 1 ay

Təqaüdün məbləği: PLN 6500

Müraciət:  Təqaüdə müraciət etmək üçün veb saytda mövcud olan ərizəni doldurun və bu e-poçt ünvanına göndərin. : [email protected]

Formalar polyak və ingilis dillərində doldurula bilər.

Hər hansı bir sualınız varsa, mərkəzlə əlaqə saxlayın: : [email protected]

Mieroşevski Mərkəzi Polşa Parlamentinin aktı ilə yaradılmış və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi tərəfindən idarə olunan dövlət qurumudur. Mieroşevski Mərkəzinin missiyası Şərqi Avropa xalqlarına yönəlmiş fəaliyyətləri başlatmaq, dəstəkləmək və həyata keçirməkdir. Mieroşevski Mərkəzinin missiyası Şərqi Avropa xalqlarına yönəlmiş fəaliyyətləri başlamaq, dəstəkləmək və həyata keçirməkdir.