XƏBƏRLƏR

ADU-da “Koreya əlifbası günü” ilə əlaqədar olaraq müsabiqə keçirilib

10 oktyabr, 2023

Oktyabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin Koreya dili üzrə təhsil alan tələbələri arasında “Koreya əlifbası günü” ilə əlaqədar olaraq müsabiqə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd tələbələrin Koreya mədəniyyətinə və Koreya dilinə marağını cəlb etmək və mədəniyyətə böyük bir marağın yaradılmasına kömək etməkdir.

 Belə müsabiqələr tələbələrə özlərinin yetərli bilik və bacarıqlarını göstərmək imkanı verir. Bu, həm də onların akademik baxımdan özgürlüklərini və təşkilatçılığını vurğulayır.

Tələbələr arasında 1-ci kurslar “Gözəl yazı” müsabiqəsində, 2-ci və 3-cü kurslar müvafiq olaraq “Koreya dilini niyə öyrənirəm” və “Mənim arzularım və xəyallarım” adlı inşa müsabiqəsində və son olaraq 4-cü kurslar “Ən yaxşı şeir” tərcümə müsabiqəsində fəal iştirak ediblər.

Müsabiqə zamanı kurslar üzrə 1 və 2-ci yerlərin qalibləri təyin olunaraq mükafatlandırılıb.

1-ci kurs: 1-ci yer Camalova Nəzrin, 2-ci yer Aişə Atayeva

2-ci kurs (az.sektor): 1-ci yer Vəliyeva Nigar, 2-ci yer Musa Muhamməd

2-ci kurs (rus sektor): 1-ci yer Mehdizadə Firuzə, 2-ci yer Elvira Ələkbərova

3-cü kurs: 1-ci yer Babayeva Fidan, 2-ci yer Nuray Babazadə 

4-cü kurs: 1-ci yer Baxışova Firəngiz, 2-ci yer Ləman Babayeva

Bildirilib ki, tələbələrin mükafatlandırılmasında Koreya dili ixtisası üzrə dərs deyən müəllimlər  yaxından iştirak ediblər.