XƏBƏRLƏR

ADU-nun müəllimi Nobel Mükafatı Müəllimlər Sammitində iştirak edib

09 oktyabr, 2023

  Azərbaycan Dillər Universiteti (ADU) Skandinaviya mərkəzinin baş mütəxəssisi, Regionşünaslıq kafedrasının baş müəllimi, t.ü.f.d Vüsalə Əfəndiyeva sentyabr ayının 26-29 tarixlərində İsveçin Stokholm şəhərində keçirilən Nobel Mükafatı Müəllimlər Sammitində iştirak edib.

Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən müəllimlərin iştirak etdiyi bu konfrans Nobel Mükafatı Muzeyi tərəfindən təşkil olunub.

Konfransda müəllimlər Nobel mükafatı laureatları, alimlər, təhsil işçiləri ilə görüşlərdə iştirak ediblər.  Onlar mükafatçıların fəaliyyəti və nailiyyətləri haqqında ətraflı məlumatlar əldə edib və maraqlı mühazirələr dinləyiblər. Eyni zamanda, Vüsalə Əfəndiyeva konfrans çərçivəsində İsveç təhsil sistemi ilə yaxından tanış olmaq üçün İsveç məktəblərində olub, dərslərdə iştirak edib və müzakirələrə qatılıb.

Qeyd edək ki, ilk Nobel Mükafatı Müəllimlər Sammiti 6 oktyabr 2017-ci ildə İsveçin Stokholm şəhərində keçirilib və həmin ildən etibarən bu konfransda dünyanın hər yerindən çoxlu sayda məktəb, universitet müəllimləri iştirak edir.