XƏBƏRLƏR

ADU-nun rektoru QS Reytinq Agentliyinin və təhsil müəssisələrinin əməkdaşları arasında olan görüşdə iştirak ediblər

09 oktyabr, 2023

3-4 oktyabr tarixlərində Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Beynəlxalq məsələlər üzrə prorektoru dosent Jalə Qəribova, Tədris məsələləri üzrə prorektoru professor Sevinc Zeynalova, Keyfiyyətin Təminatı və Monitorinq şöbəsinin müdiri dosent Vüsalə Ağabəyli Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Bakı Dövlət Universitetinin ev sahibliyi ilə nüfuzlu “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyi və Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları arasında olan görüşdə iştirak ediblər.  

Görüşdə 10 rektor, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin, 20-dən çox ali təhsil müəssisəsinin və “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyinin nümayəndələri iştirak edib.