XƏBƏRLƏR

ADU-da “Karyera məsləhəti” istiqamətində konsultasiyalar aparılıb

06 oktyabr, 2023

Sentyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Əlavə təhsil, təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən tələbələr üçün  fərdi olaraq “Karyera məsləhəti” istiqamətində canlı konsultasiyalar aparılıb.

Konsultasiyalar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının baş mütəxəssisi Səbinə Siracova tərəfindən keçirilib.

Konsultasiyalarda düzgün karyera planlaması, əmək bazarının tələbləri və araşdırılması, iş axtarışı, müsahibəyə hazırlıq, CV və istək məktubunun hazırlanması mövzularına toxunulub və tələbələrə bu istiqamətdə məsləhətlər verilib.

Yuxarı kurs tələbələrinin iştirakı ilə baş tutan konsultasiya onların marağına səbəb olub.

Sonda tələbələri maraqlandıran suallara da aydınlıq gətirilib.