XƏBƏRLƏR

ADU-da “Universitet və əmək bazarı” mövzusundə dəyirmi masa keçirilib

05 oktyabr, 2023

Oktyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil 1, Təhsil 2 fakültələrinin və Əlavə təhsil və karyera şöbəsinin birgə təşkilatçılığı ilə “Universitet və  əmək bazarı” mövzusundə dəyirmi masa keçirilib.

Dəyirmi masada Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil-2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, Əlavə təhsil və karyera şöbəsinin müdiri, dosent Nəsir Xankişiyev, həmin şöbənin əməkdaşı Nailə Əhmədova, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, Psixologiya kafedrasının müəllimi Könül Haqverdiyeva, Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Günay Şirəliyeva , İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Kifayət Hacıyeva, Bakı şəhəri 135 saylı məktəbin direktoru Şəfa Qurbanova, 200 saylı məktəb-lisey kompleksinin direktor müavini Gülşən Vahidova və 35 saylı məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədova iştirak edib və çıxış ediblər.

Dəyirmi masada həmçinin, pedaqoji kadr hazırlığı, müxtəlif ixtisaslar üzrə plan yerləri, pedaqoji təcrübədə qarşıya çıxan problemlərin birlikdə həlli məsələləri də müzakirə edilib.

Çıxışlar zamanı əmək bazarının nümayəndələri məktəblərdə ingilis dili müəllimliyi ixtisasının rus bölməsini bitirən məzunlara ehtiyac olduğunu diqqətə çatdırıblar. Bundan başqa autizm sindromlu şagirdlərlə işləyən müəllimlərə əmək bazarında çox böyük təlabat olduğunu da bildiriblər.