XƏBƏRLƏR

ADU TGT sədri Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib

05 oktyabr, 2023

29-30 sentyabr  və 1 oktyabr tarixlərində BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi Forumda Azərbaycan Dillər Universiteti Tələbə Gənclər Təşkilatının(TGT) sədri Nicat Əliyev qonaqların qarşılanması, yönləndirilməsi və sualların cavablandırılması prosesində yaxından iştirak edib.