XƏBƏRLƏR

Konfutsi İnstitutu Çin şirkətlərinin sərgisində iştirak edib

04 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Bakı Ekspo Mərkəzində keçirilən “Çin şirkətləri və məhsulları sərgisi”ndə iştirak edib.

Sərgidə 100-dən çox Çin şirkəti öz innovativ məhsullarını və müasir texnologiyalarını nümayiş etdirib.

 ADU-nun Konfutsi İnstitutunun stendində institut tərəfindən Çin dilində nəşr olunmuş “Heydər Əliyev və Çin”, “Azərbaycan Respublikası və Çin Xalq Respublikası: diplomatik əlaqələrin qurulmasının 30 ili. Prezident salnaməsi”, “İlham Əliyev iki qədim xalqın dostluğunun müasir davamçısıdır”, “Azərbaycanda Çin mədəniyyət ocağı”, “Azərbaycan çinşünaslıq məktəbi” adlı kitablar təqdim olunub.

Konfutsi İnstitutunun müəllimləri Çin şirkətlərinin nümayəndələrinin azərbaycanlı həmkarları ilə ünsiyyət qurmaq üçün dil tərcüməsində kömək edib, həmçinin sərgidə rəngarəng mədəni proqramla çıxış ediblər. Bu proqram çərçivəsində Çin hulusi fleytasında “Mavi naxışlı çini” melodiyası, “Kimin üçün” adlı mahnı və “Şaftalı çiçəkləri” adlanan Çin rəqsi ifa olunub.