XƏBƏRLƏR

Ulu öndər Heydər Əliyevin prezident seçilməsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib

04 oktyabr, 2023

Oktyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin prezident seçilməsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə kafedra müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan adıçəkilən fakültənin dekanı, professor İbrahim Kazımbəyli Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rolu barədə danışıb.

Regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva “Heydər Əliyevin kadr hazırlığı siyasəti” mövzusunda çıxış edib. O, çıxışında Heydər Əliyevin gənc kadrların hazırlanmasına verdiyi böyük əhəmiyyətdən  və Azərbaycanın gələcək inkişafında onların oynayacağı rolundan bəs edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi  kafedrasının dosenti Şəlalə Bağırova “Qətiyyətin təntənəsi” mövzusunda çıxış edib. Çıxışı zamanı o, 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyevin qısa zamanda özünün ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etməsindən bəhs edib.

Təhsil 2 fakültəsinin tələbəsi Jalə Məmmədli “Heydər Əliyev və gənclər siyasəti” adlı məruzəsində Heydər Əliyevin gənclər siyasətindən danışıb.

Sonda müzakirələrdə iştirak edən ADU YAP ərazi təşkilatının sədri Qorxmaz Mustafayev mövzu ilə bağlı fikirlərini bildirib.