XƏBƏRLƏR

Tərcüməçi Ramin Abasov ADU-nun qonağı olub

03 oktyabr, 2023

Oktyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) universitetinTərcümə fakültəsinin dekanı Bənövşə Məmmədovanın təşəbbüsü ilə universitetin Koreya dili tərcümə ixtisası üzrə ilk məzunu Ramin Abasov adıçəkilən fakültənin qonağı olub.

Görüş zamanı tərcüməçi Ramin Abasovun gördüyü işlər müzakirə olunub, Koreya dilində müasir tədris metodları barədə danışılıb.

Qeyd edək ki, Ramin Abasov Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını Koreya dilinə tərcümə edən ilk tərcüməçidir. Bu tərcümə əsəri Koreyada ziyalı təbəqə tərəfindən maraqla qarşılanıb, hətta bu əsərin tərcüməsinə dəfələrlə istinadlar da edilib.  

 Ramin Abasov həmçinin, Koreya dili tərcümə ixtisası üzrə təhsil alan tələbələrlə də görüşüb.

Görüşdə R. Abbasovla tələbələrin birgə əməkdaşlığı ilə debatların təşkil edilməsi, bədii və texniki tərcümələr haqqda fikir mübadilələrin aparılması və onlar üçün xüsusi mühazirələrin verilməsi nəzərdə tutulub.