XƏBƏRLƏR

ADU-nun rektoru Rus dili Dövlət İnstitutunun əməkdaşı ilə görüşüb

03 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev A.S. Puşkin adına Rus dili Dövlət İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Atraşkeviç Yekaterina Aleksandrovna ilə görüşüb.

Görüşdə universitetlərarası əməkdaşlığın perspektivləri, xüsusilə təhsil və tədqiqat proqramları çərçivəsində mütəxəssislərin mübadiləsi, qarşılıqlı maraq doğuran sahələrdə maarifləndirmə və tədqiqat işlərinin təşkil edilməsi təcrübəsi müzakirə edilib.

Rektor Azərbaycan Dillər Universiteti ilə Puşkin adına Dövlət Rus Dili İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin gücləndirilməsinin vacibliyini qeyd edib.

Söhbət zamanı tərəflər tələbə, magistrant, doktorant və elmi-pedaqoji işçilərin tədris, elmi-pedaqoji staj üzrə mübadiləsinə xüsusi diqqət ayirmışlar.

Görüş gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinin müzakirəsi ilə davam edib.