XƏBƏRLƏR

ADU-nun tələbələri “Heydər Əliyev 100: Türkiyə Yüz İli” adlı tədbirdə iştirak ediblər

02 oktyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri  “Heydər Əliyev 100: Türkiyə Yüz İli” adlı tədbirdə iştirak ediblər.

AMEA-nın prezidenti İsa Həbibəyli, Türkiyə Böyük Millət Məclisinin Millət Vəkili Şamil Ayrım və bir sıra dövlət rəsmilərinin də iştirak etdiyi tədbirdə natiqlər Azərbaycan-Türkiyə münasibətlərinin önəmindən danışıb,  gələcək perspektivdə keçiriləcək görüşləri müzakirə ediblər.