XƏBƏRLƏR

ADU-da “Heydər Əliyev və Azərbaycan məktəbi” adlı tədbir keçirilib

02 oktyabr, 2023

Sentyabrın 29-da Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü və kafedranın baş müəlim Nahidə Məmmədovanın təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsi daxilində növbəti “Heydər Əliyev və Azərbaycan məktəbi” adlı tədbir keçirilib.

Tədbirdə kafedranın müəllimləri, dekanlığın nümayəndələri, Təhsil 1 fakültəsinin III kurs 318-ci qrup tələbələri iştirak ediblər.

 Tələbələr çıxışlarında Ulu öndər Heydər Əliyevin ölkənin və xalqın taleyindəki rolundan,  elmin və təhsilin inkişafına verdiyi töhfələrdən danışıblar.

 Bildirilib ki, onun dövründə azərbaycan gənclərinə göstərilən qayğı sayəsində respublikamızda saysız hesabsız tədris ocaqları, hərbi məktəblər açılıb, minlərlə  azərbaycan gəncinin ölkə xaricində təhsilini davam etdirməsi üçün geniş imkan və şərait yaradılıb.