XƏBƏRLƏR

Alman dili üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat keçirilib

02 oktyabr, 2023

Sentyabrın 29-da Azərbaycan Dillər Universitetinin Təbriz küçəsində yerləşən binasında ECL İmtahan Mərkəzində Alman dili B1 səviyyəsi üzrə beynəlxalq imtahanlar üçün qeydiyyat keçirilib.

Bildirilib ki, növbəti imtahan noyabr ayında yenə də universitetin Təbriz küçəsində yerləşən binasında keçiriləcək.

Qeydiyyatdan keçmək istəyən şəxslər, Şəxsiyyət vəsiqəsi ilə 2023-cü il oktyabr ayının sonunadək  ADU-nun ıv mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə (Qrantlar - Layihələr) yaxınlaşmağınız xahiş olunur.

 İmtahanlar Azərbaycan Dillər Universitetinin bazasında Təhsil 2 fakültəsi nəzdində, Xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq Münasibətlər fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Qönçə Abdulrəhimova tərəfindən koordinasiya ediləcək.

Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.

Əlaqə üçün

1.Aida Sobor tel : 0503757201

2.Qönçə Abdulrəhimova tel: 0503304842