XƏBƏRLƏR

ADU-nun əməkdaşları dəyirmi masada iştirak ediblər

29 sentyabr, 2023

Sentyabrın 28-də Azərbaycan Dillər Universiteti (ADU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə MDU-da “Ümummilli Lider müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilib.

 Mingəçevir Dövlət Universitetinin rektoru dosent Şahin Bayramovun rəhbərliyi ilə, Ulu  öndərin 100 illik yubileyinə həsr olunan tədbirdə ADU-nun Doktorantura şöbəsinin müdiri ped.f.d. Nərgiz Qarayeva, Magistratura şöbəsinin müdiri  ped.f.d., dosent Firuzə Rzayeva, Elm şöbəsinin müdiri ped.f.d., dosent Sevda İmanova, metodist Çiçək Süleymanova, magistr Fidan Kərimli, MDU- nun professor-müəllim heyəti və magistrantlar iştirak ediblər.

Tədbirin açılışında müasir müstəqil Azərbaycanın xilaskarı və qurucusu olan Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən danışılıb, gənc nəsilin Heydər Əliyev ideyalarına sadiqliyindən, xalqa, dövlətə və dövlətçiliyə bağlı ruhda yetişdirilməsinin vacibliyindən bəhs olunub. 

Dəyirmi masada ADU-nun doktorantı olan MDU-nun üç əməkdaşı, eləcə də hər iki universitetin magistrantları dahi şəxsiyyətin zəngin irsinin müvafiq istiqamətləri üzrə məruzələrlə çıxış ediblər.  Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr və hər iki universitet arasında qarşılıqlı, faydalı əməkdaşlığın gücləndirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.

 Sonda MDU- rektoru dosent Şahin Bayramov tədbirin təşkilinə, eləcə də Azərbaycan Dillər Universiteti ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlığın inkişafına olan dəstəyə görə həmkarı- akademik Kamal Abdullaya təşəkkürünü bildirib.