XƏBƏRLƏR

ADU-nun müəllimi Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib

29 sentyabr, 2023

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, fil.f.d. Aynurə Hüseynova 24-28 sentyabr tarixlərində Özbəkistan Respublikasının Mənəviyyat və Mərifət Mərkəzi tərəfindən Daşkənd və Xivə şəhərlərində keçirilən “Dünya elminin inkişafında Əbu Reyhan Biruni elmi irsinin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Konfrans çərçivəsində fil.f.d. Aynurə Hüseynova Özbəkistan Respublikasının Fənlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda, Mirzə Uluq bəy adına Daşkənt Dövlət Universitetində, Xarəzm Məmnun Akademiyasında, Ədiblər Xiyabanında, Həzrəti İmam Kompleksi, Teymurilər Tarixi Dövlət Muzeyində “Kitab əl-seydanə fi-t-tibb” kitabının təqdimatında olub.

 O, həmçinin Özbəkistanın Jaslar televiziya kanalına müsahibə verib, Özbəkistan televiziya kanalının “Munosabat” tok-şousunda iştirak edib.