ADU-da "Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil 1 fakültəsinin nəzdində ingilis dilinin fonetikasi kafedrasının təşkilatçılığı ilə "Heydər Əliyev və milli-mənəvi dəyərlər”mövzusunda dayirmi masa keçirilib.
Öncə 27 Sentyabr Anım günü ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün əvəzsiz xidmətlərindən, keçirdiyi islahatlardan bəhs edib.
Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin, dini inancımızın bizim gələcək nəsillərə ötürülməsinə xüsusilə diqqət yetirdiyi, mənəvi dəyərlərimizin qorunmasına ciddi şəkildə yanaşdığı qeyd olunub.
Rektorun məsləhətçisi , iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı çıxışında milli-mənəvi dəyərlərdən danışarkən bunun misilisiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti ilə bağlı olduğunu qeyd edib.
Bildirilib ki, Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın ictimai siyasi və mədəni həyatında uğurlu yeniliklərlə başlamışdır. Ümummilli liderimiz Heydər Əliyev 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu almasına nail olmuşdur.
Tədbirdə Heydər Əliyevin milli mənəvi dəyərlərimizin öyrənilməsi, qorunub-saxlanılması və inkişaf etdirilməsi barəsində çıxışlarından ibarət video çarxlar nümayiş olunub.
Kafedranın baş müəllimi Şəfiqə Qocayeva çıxışı zamanı bildirib ki, Ulu öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyini tövsiyyə edirdi. Bu baxımdan Heydər Əliyev gənclərimizi milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsindən bəhs edərək demişdir : "..Biz öz milli-mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Kafedranın digər müəllimləri Vəfa Cəbrayılova və Əfsanə Baxşaliyeva isə çıxışlarında bildiriblər ki, Ulu Öndərin milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu hesab edib.
Tədbir sonunda tələbələr "Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusuna aid olan kəlamlar səsləndiriblər.